Bu ilin sonunda ali təhsil müəssisələrinin akkreditasiya prosesi başa çatdırılacaq.
Bizim.Media xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na edilmiş dəyişikliklə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda bir neçə ali məktəbdə aktiv olaraq bu proses başlayıb, bir qismində bitmək üzrədir və digərlərində də yaxın zamanlarda başlanılacaq:
"Akkreditasiya yeni təsdiqlənmiş meyarlar üzrə aparılır. Universitetlər bu məsələyə çox ciddi yanaşır. Yeni qaydalar təsdiq olunandan sonra hələ heç bir ali təhsil müəssisəsi akkreditasiya şəhadətnaməsi almayıb".
O qeyd edib ki, bu prosesə tələbələr də cəlb olunur:
"Hazırlanan meyarlar Avropada qəbul olunmuş standartlara əsaslanır. Bizim əsas inkişaf etdirmək istədiyimiz məsələ ali təhsil müəssisələrində elmi fəaliyyətin səviyyəsidir. Çünki ali məktəblərdə nə qədər real elmi işlər aparılarsa, bir o qədər həmin universitetin səviyyəsinin yüksək olması barədə fikir formalaşdırmaq olar".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:06 / 07.02.2023
Universitetlərin akkreditasiyası il sonunda başa ÇATACAQ
Hazırda oxunan: Universitetlərin akkreditasiyası il sonunda başa ÇATACAQ
Hazırda oxunan: Universitetlərin akkreditasiyası il sonunda başa ÇATACAQ
119010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.