44 azərbaycanlı həkim Türkiyəyə yola düşməyə tam hazırdır – ÖZƏL

44 azərbaycanlı həkim Türkiyəyə yola düşməyə tam hazırdır – ÖZƏL

Hazırda oxunan: 44 azərbaycanlı həkim Türkiyəyə yola düşməyə tam hazırdır – ÖZƏL

118988

"Könüllü Həkimlər Assosiasiyasının üzvləri Türkiyəyə yola düşməyə tam hazırdır".

Bu barədə Bizim.Media-ya Assosiasiyasının rəhbəri Oktay Mehtiyev məlumat verib.

O bildirib ki, qardaş ölkədə zəlzələ nəticəsində yaralananlara kömək etmək üçün ilkin mərhələdə 44 həkim səfərə hazırlaşıb:

"Briqadamızın tərkibində tibbin bütün ixtisasları üzrə həkimlər yer alır. Biz müraciətimiz üzrə Türkiyə səfirliyindən gedəcəyimiz istiqaməti öyrənib yola düşəcəyik. Orada vəziyyət qiymətləndirildikdən sonra əlavə tədbirlər də görməyə hazırıq", - deyə o, qeyd edib.

Xatırladaq ki, həkim briqadası özləri ilə tibbi ləvazimatlar, dərman preparatları və cihazlar aparacaqlar.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO