“Space”in direktoru Müşfiq Hətəmov kollektivlə belə vidalaşdı - VİDEO

“Space”in direktoru Müşfiq Hətəmov kollektivlə belə vidalaşdı - VİDEO

Hazırda oxunan: “Space”in direktoru Müşfiq Hətəmov kollektivlə belə vidalaşdı - VİDEO

118970

Xəbər verdiyimiz kimi, “Space” TV-nin baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar telekanaldan ayrılıb. Onu "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Karovin əvəz edib. 

Bizim.Media xəbər verir ki, bu gün o, televiziya kollektivi ilə vidalaşıb.

“Mən sizin hamınızı çox sevirəm. Sizinlə işləmək mənim üçün çox xoş oldu”, deyə o, qeyd edib.

Müşfiq Hətəmov Vado Karovini də kollektivə təqdim edib:

“Vado müəllimlə neçə ildir ki, tanışıq. O, yeniliyə, müasirliyə açıq olan bir insandır”.

Xatırladaq ki, M.Hətəmov bu vəzifəyə 2021-ci ilin may ayında təyin olunmuşdu.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO