Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib.
İdarədən Bizim.Media-ya daxil olan açıqlamada deyilir:
"Cəmiyyətdə geniş yayılmış və insanların narazılığını doğuran pozuntuların, o cümlədən yol hərəkəti və yol hərəkəti təhlükəsizliyi qaydaları əleyhinə olan hüquqpozmaların qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən başlanılmış tədbirlər 2023-cü il ərzində də davam edir.
Qarşıda duran əsas vəzifə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən media nümayəndələrini cəlb etməklə yol hərəkəti iştirakçıları ilə nəzarət-profilaktik və maarifləndirmə xarakterli tədbirlərin keçirilməsidir.
Cari ilin yanvar ayından başlayan və ilin sonunadək həyata keçirilməsi planlaşdırılan işlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklama, həmçinin təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, uşaq travmatizminin minimuma endirilməsi, sürücülərin piyadalara yol verməməsi, eləcə də piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, avtoxuliqanlıq, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının qarşısının alınması tədbirlərini əhatə edir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması və ictimai maraqların qorunmasında aktiv iştirakçılığa dəvət edir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:32 / 07.02.2023
DYP-dən sürücü və piyadalara ÇAĞIRIŞ
Hazırda oxunan: DYP-dən sürücü və piyadalara ÇAĞIRIŞ
Hazırda oxunan: DYP-dən sürücü və piyadalara ÇAĞIRIŞ
118925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.