AzTV musiqili və əyləncəli verilişlərin yayımını dayandırdı

AzTV musiqili və əyləncəli verilişlərin yayımını dayandırdı

Hazırda oxunan: AzTV musiqili və əyləncəli verilişlərin yayımını dayandırdı

118914

AzTV (“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC), Mədəniyyət TV, İdman TV və Azərbaycan Radiosu Türkiyədəki zəlzələ ilə əlaqədar proqramında dəyişiklik edib.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, adı çəkilən qurumlarda yayımlanması nəzərdə tutulan musiqili-əyləncəli verilişlərin yayımı matəm səbəbi ilə dayandırılıb.

Qeyd edək ki, AzTV-nin Türkiyədəki yerli büroları ilə bərabər Azərbaycandan da 1 qrup əməkdaş zəlzələ ərazisinə ezam olunub.

TV-nin hazırda 3 çəkiliş qrupu Kahramanmaraş, Adana və Malatyadan gün ərzində baş verənlərlə bağlı canlı bağlantılar vasitəsilə tamaşaçıları məlumatlandırır. 
Bundan əlavə, QSC-nin TRT və “Anadolu Agentliyi” ilə əməkdaşlığı çərçivəsində AzTV ən son xəbərləri ilk əldə edənlərdəndir və Azərbaycan izləyicisini yeni məlumatlar və görüntülərlə təmin edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO