Gəncənin fəvvarələri bu il yay mövsümündə işləyəcəkmi? - FOTO

Gəncənin fəvvarələri bu il yay mövsümündə işləyəcəkmi? - FOTO

Hazırda oxunan: Gəncənin fəvvarələri bu il yay mövsümündə işləyəcəkmi? - FOTO

118878

Nəhayət, Gəncənin fəvvarələrinin üzünə gün doğacaq. Şəhərdə müasir tələblərə cavab verməyən və effektiv işləməyən fəvvarələrin əsaslı təmiri işlərinə başlanılıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən veriblər. 

Mənbə qeyd edir ki, ilkin mərhələdə birliyin balansında olan 6 böyük fəvvarə yenilənəcək. Gəncənin Heydər Əliyev Meydanı və “Xan bağı”nda olan 4 fəvvarə sökülərək, müasir standartlara uyğun şəkildə fərqli görünüşdə yenidən inşa ediləcək.
Şəhərin Cavad xan küçəsində olan 2 fəvvarə isə əsaslı şəkildə təmir olunacaq. 

İB-dən onu da bildiriblər ki, sonrakı mərhələdə Gəncə şəhərinin park və xiyabanlarında, eləcə də meydanlarda yerləşən, təmirə ehtiyacı olan digər fəvvarələrin də yenidən qurulması nəzərdə tutulub.

“Xan bağı” və Cavad xan küçələrində olan fəvvarələrin cari ilin aprel-may, şəhərin Baş meydanında olan iki böyük fəvvarənin isə iyul-avqust aylarına təhvil verilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Bizim.Media olaraq isti yay mövsümündə Gəncədə fəvvarələrin işləməməsi barədə xəbər vermişdik.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO