Azərbaycanda bu hallarda mallar gömrük rüsumundan AZAD EDİLƏCƏK 

Azərbaycanda bu hallarda mallar gömrük rüsumundan AZAD EDİLƏCƏK 

Hazırda oxunan: Azərbaycanda bu hallarda mallar gömrük rüsumundan AZAD EDİLƏCƏK 

118814

Azərbaycanda malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmayan halların siyahısı genişlənib. 

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik barədə qərar imzalayıb. 

Qərara əsasən, bu siyahıya silah və texnikanın alınması daxil olmaqla, dövlət müdafiə sifarişləri, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan qurumlar tərəfindən bağlanmış müqavilələr və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında hərbi təyinatlı malların idxalı və hərbi təyinatlı malların təmiri üçün müvəqqəti ixrac və təkrar idxal əməliyyatları halları daxil edilib. 

Qərar 2023-cü ilin martın 6-dan qüvvəyə minir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO