Azərbaycan Ordusunda TƏİR kompleksləri üzrə toplanış keçirildi - VİDEO 

Azərbaycan Ordusunda TƏİR kompleksləri üzrə toplanış keçirildi - VİDEO 

Hazırda oxunan: Azərbaycan Ordusunda TƏİR kompleksləri üzrə toplanış keçirildi - VİDEO 

118807

Azərbaycan Ordusunda 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksi manqasının komandirləri və operatorlarının hazırlığı üzrə toplanış keçirilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib. 

Heyətlər tərəfindən kompleksin “Döyüşə” və “Səfərə” gətirilmə qaydaları, hədəfgöstərmə, tuşlama və atışların aparılması üzrə fəaliyyətlər icra olunub. 

Şəxsi heyətin bilik və bacarığının qiymətləndirilməsi, eləcə də vərdişlərin təkmilləşdirilməsi məqsədilə praktiki atış tapşırıqları uğurla yerinə yetirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO