“Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub - YENİLƏNİB

“Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub - YENİLƏNİB

Hazırda oxunan: “Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub - YENİLƏNİB

11880

Kamil Şahverdiyev “Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.

K. Şahverdiyev APA-ya açıqlamasında televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunduğunu bildirib.

***

Space TV-yə yeni rəhbər təyin olunub.

Bizim.Media-nın məlumatına görə, telekanalın yeni rəhbəri Kamil Şahverdiyevdir.

MÖVZU İLƏ BAĞLI:

Vaqif Mustafayev istefa verdi


Qeyd edək ki, Kamil Şahverdiyev xəbəri təsdiqləyib.

K.Şahverdiyev əfsanəvi sənətkar Rəşid Behbudovun kürəkənidir. O, kinorejissor Vaqif Mustafayevin telekanala rəhbərlik etdiyi müddətdə “Space” TV-nin icracı direktoru vəzifəsində çalışıb.

Vaxtilə ssenari müəllifi, musiqi tərtibatçısı, musiqi redaktoru kimi işlərin icraçısı olub.

 “Gülağa Məmmədov”, “Havalansın xanın səsi”, “Hər şey olduğu kimi. Rəşid Behbudov”, “Əminə Dilbazi”, “Lütfiyar İmanov”, “Tofiq Bakıxanov”, “Sara Qədimova” və s. kimi filmlərin çoxunun ssenari müəllifi və musiqi redaktoru məhz Kamil Şahverdiyevdir.

Həmçinin o, Rəşid Behbudov Fondunun direktoru kimi fəaliyyət göstərib.

Kamil Şahverdi 2017-ci ildə Rəşid Behbudovla bağlı yaradılmış “Rashid Behbudov Official” rəsmi “Youtube” kanalının direktoru olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO