Seçici siyahılarının dəqiqləşdirilməsi başa ÇATDI

Seçici siyahılarının dəqiqləşdirilməsi başa ÇATDI

Hazırda oxunan: Seçici siyahılarının dəqiqləşdirilməsi başa ÇATDI

118777

"Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı görülən işlərin ilkin mərhələsi fevralın 5-də başa çatıb".

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib. 

O bildirib ki, siyahıların dəqiqləşdirilməsi prosesi adətən bir neçə mərhələdən ibarət olur:

“Artıq ilkin mərhələ başa çatıb. Məntəqə seçki komissiyaları və müvafiq dövlət qurumları hər bir məntəqə üzrə seçici siyahılarını dəqiqləşdirərək Dairə Seçki Komissiyalarına təqdim etməlidir. 
MSK-nin bu işlərə indiki mərhələdə müdaxiləsi nəzərdə tutulmur. Lakin istənilən halda məsələ ilə bağlı müvafiq şöbələrə göstərişlər vermişəm ki, yerlərlə əlaqə saxlasınlar. Naxçıvanda da proseslər davam edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO