ATXƏM sədri yardım üçün Türkiyə səfirinə müraciət etdi

ATXƏM sədri yardım üçün Türkiyə səfirinə müraciət etdi

Hazırda oxunan: ATXƏM sədri yardım üçün Türkiyə səfirinə müraciət etdi

118763

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Türkiyənin Bakıdakı səfiri Cahit Bağcıya başsağlığı verib. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, ATXƏM sədri bu hadisənin hər bir Azərbaycan vətəndaşının qəlbində dərin iz buraxdığını vurğulayıb. 

Başsağlığında deyilir:

"Hörmətli səfir! 


Qəhrəmanmaraşın mərkəzi olan 10-dan çox bölgədə baş verən 7,4 bal gücündə zəlzələ qardaş Türkiyə Respublikasında böyük tələfat, 2 mindən çox yaralı ilə nəticələnib. Bu ağrılı vəziyyət hər birimizin qəlbində dərin yaralar buraxıb. 140-dan çox binanın dağılması fəlakətin miqyasını daha da artırır. 

Aydındır ki, yaralılarımızın sayı artdıqca onların da ehtiyacları artacaq. Xüsusilə, çətin vəziyyətlərdə təcili qan ehtiyacının olması qaçılmazdır.

Belə olan halda, nəzərinizə çatdırırıq ki, təşkilatımız və təşkilatımızın üzvləri yaralı qardaşlarına qan verməyə hazırdır. Yaralılarımıza qan ehtiyacının ödənilməsi üçün əmrinizi və təsdiqinizi gözləyirik. Bu, bacı-qardaşlarımıza ən isti köməyimiz olacaq. Xahiş edirik xahişimizi qəbul edin və bizə belə bir fürsət yaradın. Qardaş Türkiyəyə bir daha başsağlığı verirəm! Allah millətimizi qorusun!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO