Cəlilabadda 29 yaşlı kişi özünə qəsd etdi

Cəlilabadda 29 yaşlı kişi özünə qəsd etdi

Hazırda oxunan: Cəlilabadda 29 yaşlı kişi özünə qəsd etdi

118608

Cəlilabadda 1994-cü il təvəllüdlü Mirnatiq Abbas oğlu Cabbarov əvvəlcə benzin içib, sonra isə üzərinə tökərək özünü yandırmaq istəyib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

Ətrafdakıların köməyi ilə yanğının qarşısı alınıb. O, yanıq xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Yaxınlarının dediyinə görə M.Cabbarov uzun müddətdir pensiya alırmış. Onun pensiyası kəsildiyi üçün bu addımı atıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO