Fransada müsəlman qadınlara irqçi hücum

Fransada müsəlman qadınlara irqçi hücum

Hazırda oxunan: Fransada müsəlman qadınlara irqçi hücum

118537
Parisdə iki müsəlman qadına bıçaqlı hücum olub.

Sfera.az  Fransa mətbuatına istinadən xəbər verir ki, Eyfel Qülləsi yaxınlığında yerləşən mağazada alış-veriş edən Kenza (49) və Amel (46) adlı əlcəzairli qadınlar irqçilik edən digər iki qadın tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Həmin şəxslərin "Çirkli Ərəblər” deyə qışqırdığı bildirilib.

Polisin cinayətkarları nəzarətə götürdüyü və onların qətl cəhdində təqsirləndirildiyi açıqlanıb.

Xatırladaq ki, bir müddət öncə "Əl-Cəzirə” telekanalının saytında Fransa Prezidenti Emmanuel Makronun İslam dininin bu gün böhran yaşadığı barədə fikirləri və onun öz ölkəsində dünyəviliyi qorumaq planları ilə bağlı məqalə dərc olunmuş, onun fikirləri müsəlman fəallarının kəskin reaksiyası ilə nəticələnmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO