Taksi sürücüsü avtomobilində tütün çəkilməsinə görə 40 manat cərimələnib.
Bizim.Media "Xezerxeber"ə istinadən xəbər verir ki, maşında siqareti sürücü yox, sərnişini çəkib. Cəriməsi isə sürücüyə yazılıb.
Qeyd edək ki, cərimə protokolunun fotosu sosial şəbəkələrdə də yayılıb.
Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, sərnişindaşıma xidmətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir.
Araz Əsgərli onu da qeyd edib ki, şəxsi avtomobillərdə də bəzən sürücülər buna görə cərimələnirlər. Lakin buna səbəb avtomobildə tütün çəkilməsi yox, tullantısını avtomobildən kənara atmaları olur. Buna görə də sürücüyə 40 manat məbləğində cərimə tətbiq olunur.
Daha ətraflı videomaterialda:
Bizim.Media