Xaçmazda baş verən qəzada həlak olan şəxsin kimliyi MƏLUM OLDU - YENİLƏNİB 

Xaçmazda baş verən qəzada həlak olan şəxsin kimliyi MƏLUM OLDU - YENİLƏNİB 

Hazırda oxunan: Xaçmazda baş verən qəzada həlak olan şəxsin kimliyi MƏLUM OLDU - YENİLƏNİB 

118487

Xaçmaz rayonunda qəzada ölən 61 yaşlı piyadanın şəxsiyyəti məlum olub.  

Bizim.Media-nın Şimal bürosunun əldə etdiyi məlumata görə, Xaçmaz rayonunun Çarxı kənd sakini Rahid Dadaşbala oğlu Cəfərov Vaz-2106 markalı avtomobillə vurulub. 

Avtomobilin sürücüsü piyadanı özü avtomaşını ilə xəstəxanaya çatdırsa da piyada yolda keçinib.  

Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.

*** 21:03

Xaçmazda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun Xaçmazın Çarxı kəndindən keçən hissəsində qeydə alınıb. 

Hələlik məlum olmayan avtomobillə 61 yaşlı kişi piyada vurulub, o, yerindəcə ölüb. 

Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib. Qəza ilə bağlı araşdırma başlanılıb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO