"Gənc Liderlər üçün Qış Universiteti"nin növbəti mövsümünə start verildi - FOTO 

Hazırda oxunan: "Gənc Liderlər üçün Qış Universiteti"nin növbəti mövsümünə start verildi - FOTO 

118468

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə 2-7 fevral tarixləri aralığında Naftalan şəhərində baş tutacaq "Gənc Liderlər üçün Qış Universiteti"nin növbəti mövsümünə start verilib.  

Bizim.Media xəbər verir ki, layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.  

"Qış Universiteti" üçün ictimai müraciət elanı verildikdən sonra qısa müddət ərzində 1837 gənc iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. İkimərhələli seçim turunun yekununda 5 komanda olmaqla 130 nəfərlik iştirakçı heyəti formalaşdırılıb.  

Proqrama əsasən 2 fevral səhər saatlarında gənc liderlər Naftalan şəhərinə yollanıb.

Naftalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən açılış tədbirindən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə qızılgüllər düzülüb. Sonra isə rəsmi qonaqların iştirakı ilə açılış tədbiri baş tutub.  

Tədbirdə Naftalan şəhər icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Kəmalə Hüseynova, Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Təşkilat Komitəsinin nümayəndələri və gənc liderlər iştirak edib.  
"Gənc Liderlər üçün Qış Universiteti"nin ikinci günündə peşəkar təlimçi Orxan Şahbaz ilə "Liderlik psixologiyası və idarəetmə" mövzusunda ikihissəli təlim baş tutub. Təlimin birinci hissəsində liderlik psixologiyasının əsasları, keyfiyyətli idarəetmənin yolları barədə məlumat verilib, ikinci hissəsində isə müxtəlif mövzularda səlis nitq istiqaməti üzrə praktiki komanda çalışması həyata keçirilib. Günün növbəti təlimində "Liqa Smixu"nun Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Şahbazbəyovun təqdimatında "Yaradıcı sənaye inqilabı və yeni trendlər" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparılıb.  

"Qış Universiteti"ndə hər günün sonu mədəni-kütləvi tədbirlərlə yekunlaşıb. İlk gün "Mask Party", ikinci gün isə "Colour Party" təşkil olunub və DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli və maraqlı anlar yaşanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO