Xocalıda yük avtomobili aşıb.
Bizim.Media xəbər verir ki, hadisə Çanaqçı kəndində baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub:
"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki "Gədəbəy Sular" MMC-də sürücü işləyən, Bərdə rayon sakini Mahir Sadıqovun idarə etdiyi "Hyundai" markalı yük avtomobili idarə etməni itirərək yol kənarındakı dərəyə aşıb.
Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən, Bərdə rayon sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb.
Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
![Xocalıda şirkət maşını dərəyə aşdı - 3 nəfər xəsarət alıb Xocalıda şirkət maşını dərəyə aşdı - 3 nəfər xəsarət alıb](https://bizim.media/file/articles/2023/02/04/1675501142_63de1a131e62663de1a131e627167550005163de1a131e62463de1a131e625.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:51 / 04.02.2023
Xocalıda şirkət maşını dərəyə aşdı - 3 nəfər xəsarət alıb
Hazırda oxunan: Xocalıda şirkət maşını dərəyə aşdı - 3 nəfər xəsarət alıb
Hazırda oxunan: Xocalıda şirkət maşını dərəyə aşdı - 3 nəfər xəsarət alıb
118419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.