Bakıda yarımstansiyadan 73 800 manatlıq oğurluq edilib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73 800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:27 / 04.02.2023
Bakıda yarımstansiyadan 74 min manatlıq OĞURLUQ
Hazırda oxunan: Bakıda yarımstansiyadan 74 min manatlıq OĞURLUQ
Hazırda oxunan: Bakıda yarımstansiyadan 74 min manatlıq OĞURLUQ
118404
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.