İranla sərhəddə əməliyyat keçirildi – RƏSMİ/FOTO 

İranla sərhəddə əməliyyat keçirildi – RƏSMİ/FOTO 

Hazırda oxunan: İranla sərhəddə əməliyyat keçirildi – RƏSMİ/FOTO 

118392

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 18 kiloqram 610 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində fevral ayının 2-də saat 11:45-də Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 ədəd bağlamada ümumi çəkisi 3 kiloqram 310 qram narkotik vasitə (3 kq 210 qram “marixuana” və 100 qram “tiryək”), fevral ayının 3-də saat 03:50-də Füzuli rayonun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 300 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO