“Vaxtilə bütün məclislərin ən hörmətli qonağı sayılan müəllimlər indi...”x9d

“Vaxtilə bütün məclislərin ən hörmətli qonağı sayılan müəllimlər indi...”x9d

Hazırda oxunan: “Vaxtilə bütün məclislərin ən hörmətli qonağı sayılan müəllimlər indi...”x9d

118324
Sumqayıtda və sonra isə Xırdalan şəhər 9 saylı orta məktəbdə müəllimin şagirdi döyməsi cəmiyyətdə böyük səs-küyə səbəb oldu.

Sumqayıtdakı hadisənin səbəbkarı və neçə illik müəllimlik təcrübəsi olan müəllim işdən çıxarıldı. Sosial şəbəkələrdə sadə vətəndaşlar belə onları qınadılar. 

 
Beləliklə, Moderator.az - ın əməkdaşı iki müxtəlif müəllimdən məsələyə münasibət öyrənib, amma onların fikirləri üst-üstə düşür...

Ağstafa rayon Qıraq Kəsəmən kənd orta məktəbinin tarix müəllimi Bəxtiyar Babayev:

"Mən də müəllimin şagirdə zor tətbiq etməsini metodik və psixoloji cəhətdən düzgün hesab etmirəm. Artıq əvvəlki dövr deyil. Amma əgər belə bir hal baş veribsə də hadisə bu qədər şişirdilməli deyil. Bunun çox mənfi fəsadları ola bilər cəmiyyətdə. Birincisi o, müəllim əgər həmin şagirdin etdiyi nalayiq hərəkətdən narahat olmasa, onu intizama və tərbiyəli davranmağa dəvət etməsə ortada heç belə bir olay da olmazdı. Yəni şagird üçün narahat olan müəllim, ona enerjisini və hətta əsəbini sərf edən müəllim heç vaxt pis adam, pis müəllim ola bilməz. Bu əslində bir vicdan məsələsidir. İkincisi təəssüflərlə qeyd edirik ki, bu günki cəmiyyətimizdə obyektiv və subyektiv səbəblərdən müəllim adının, müəllimlik fəlsəfəsinin əvvəlki hikməti qalmayıb. Onların mütləq əksəriyyəti bu gün ağır sosial vəziyyətdə yaşayırlar. Bu səbəbdən də onların bir çox saxtakarlıqdan rüşvət almağa, seçki saxtakarlığına kimi bir çox işlərə məcbur olur və bu da bütün cəmiyyətin gözü önündə gedir. Bu da müəllim adına ləkə gətirir. Hərçənd bizim məktəblərdə minlərlə ləyaqətli, vicdandlı müəllimlərimiz olduğu halda."

Bakı Avrasiya Universitetinin dosenti Mütəllim Rəhimli:

"Dahilərdən biri deyib ki, cəmiyyətin maddi və mənəvi durumu müəllimin vəziyyəti ilə ölçülməlidir. Bu o deməkdir ki, müəllimə cəmiyyət tərəfindən edilən hörmət, onun maddi vəziyyəti, nüfuzu və s. ilə cəmiyyətin hansı səviyyədə yaşadığını qiymətləndirmək olar. Çox təəssüf ki, indi ölkəmizdə müəllimin nüfuzu çox aşağıdır, əvəzində isə şou əhlinin, biznesmenlərin hörməti çoxdur. Bu mənzərə həmçinin təhsilə göstərilən münasibəti ifadə edir. Ona görə də vaxtilə bütün məclislərin ən hörmətli qonağı sayılan müəllimlər indi bir çox hallarda bütün tərəflərin tənqidinə məruz qalır. Müəllim öz hərəkəti, davranışı, danışığı, münasibəti, hətta gülümsəməyi ilə nümunə olmalıdır. Cəmiyyət bir növ onu müqəddəsləşdirməlidir. Əks halda təhsil və tərbiyədə hər hansı uğurdan danışmaq çətin olacaq. Bir müddət əvvəl orta məktəblərdə müəllimin şagirdə fiziki cəza verməsi qəbahət sayılmırdı və demək olar ki, buna cəmiyyətdə etiraz da yox idi. İndi isə müəllimin şagirdə bir sillə vurmağı az qala cinayət hesab edilir. Şagirdə pedoqoji yanaşmada ciddi dəyişiklik baş verib. Bu proses ölkəmizdə təzə başladığından və üstəlik müəllimə cəmiyyət tərəfindən kifayət qədər hörmət göstərilmədiyindən şagirdlər məktəblərdə daha çox idarəolunmaz, şuluq və müəllimə sayğısız münasibəti ilə seçilir. Bu zaman isə bəzi müəllimlərin əsəbləri tab gətirmir və gördüyümüz təqdir olunmayan səhnə alınır. Amma bunun da çox şişirdilməsi doğru deyil".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO