BİZİM TƏQVİM: 19 il əvvəl yarandı və indi bütün dünya onun ƏSİRİDİR

BİZİM TƏQVİM: 19 il əvvəl yarandı və indi bütün dünya onun ƏSİRİDİR

Hazırda oxunan: BİZİM TƏQVİM: 19 il əvvəl yarandı və indi bütün dünya onun ƏSİRİDİR

118305

4 fevral 1954–cü ildə Kür çayı üzərində tikilən Mingəçevir Su Elektrik Stansiyası (SES) istifadəyə verilib. İnşasına 1945-ci ildə başlanılan Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiyanın işə salınması ilə respublikanın yeni sənaye mərkəzinin – energetiklər şəhəri Mingəçevirin təməli qoyulub.

Bəs, 4 fevralda dünyada daha hansı yaddaqalan hadisələr olub?

1. 4 fevral 1719-cı ildə I Pyotr Rusiyada ilk dəfə olaraq əhalinin siyahıya alınmasına fərman verib.

2. 1922-ci ilin 22 noyabrından başlayan Lozanna sülh müqaviləsi görüşləri Osmanlı dövlətinin borcları, kapitulyasiyalar, milli azlıqlar, İstanbul və Çanaqqala boğazlarının başçılığı məsələsi, Türkiyə - Yunanıstan sərhədi və Mosul problemləri üzündən 1923-cü ilin 4 fevralında dayandırıldı və İsmət İnönü başda olmaqla Türkiyə nümayəndə heyəti Ankaraya dönüb.  

3. 1945-ci ilin bu günündə Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə Yalta konfransı işə başlayıb. Fevralın 12-ədək davam edən həmin konfransda Stalin, Ruzvelt və Çörçil faşist Almaniyası üzərində qələbədən sonra dünyanın yeni geosiyasi mənzərəsini müzakirə etdilər.  

4. 1972-ci ilin 4 fevralında İngiltərə və daha 9 dövlət Banqladeşin (Şərqi Pakistan) müstəqilliyini tanıyıb.

5. 4 fevral 1998-ci idlə Əfqanıstanın şimal-şərqində baş verən zəlzələ 5 mindən çox insanın həyatını itirməsinə səbəb olub.

6. 2004-cü ilin bu günündə Facebook sosial şəbəkəsi yaranıb.

7. 4 fevral Şri-Lanka xalqının milli bayramı – istiqlaliyyət günüdür.

8. 4 Fevral – Ümumdünya Xərçənglə  Mübarizə Günüdür.

9. Hind-Çin yarımadasında Şri-Lanka ilk dəfə 1948-ci ildə öz dövlətini yaradıb və müstəqilliyini elan edib. 

10. 1994–cü ilin 4 fevralında Prezident Heydər Əliyev “Azərbaycanın dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın praktik nəticəsi kimi həmin il sentyabrın 20-də xarici neft şirkətləri ilə ilk saziş – “Əsrin müqaviləsi” adlanan neft kontraktları imzalanıb.
11. Rəcəb Tayyib Ərdoğan Cəlal Bayarın 1959-ci il səfərindən 59 il sonra – 2018-ci ilin 4 fevralında Vatikana Türkiyədən dövlət başçısı səviyyəsində gedən ilk prezident olub.

4 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Azərbaycanın görkəmli şərqşünas alimi və şair Mirzə Cəfər Toçubaşov 1869-cu ilin bu günü dünyasını dəyişib. Tiflisdə anadan olmuş Mirzə Cəfər ilk təhsilini orada alıb, ərəb, fars, türk, rus dil və ədəbiyyatlarını müstəqil şəkildə öyrənib.  35 yaşından (1819) Sankt-Peterburqdakı Baş Pedoqoji İnstitutda ərəb, fars və türk dillərindən dərs deyən Mirzə Cəfər Topçubaşov Rusiya Arxeologiya və Numizmatika Cəmiyyətinin Şərq şöbəsinin ilk rəhbəri olub. Azərbaycanlı şərqşünas alim London Kral Asiya Cəmiyyətinin həiqiq üzvü olub. (1784-1869)

2. Şimali Qafqaz - Dağıstan xalqının siyasi və dini lideri Şeyx Şamil Həcc ziyarəti yolunda getdiyi Mədinədə 1871-ci ilin bu günü dünyadan köçüb. Şeyx Şamil ömrünün çoxunu Qafqazın müstəqilliyi üçün Rusiya ilə döyüşlərdə keçirib.

3. Dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub. Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində çalışıb, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik edib. Lütfi Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.
Azərbaycanlı alimə şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan məhz qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub.Lütfi Zadə həmçinin “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.

Məlumat üçün bildirək ki, Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcud idi. (1921 – 2017)

4. 4 fevral 1930-cu ildə görkəmli xanəndə, muğam ustası, Xalq Artisti Əlibaba Məmmədov anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəsgahlarının səsyazıları AzTV-nin fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən çox mahnı və təsniflər yazıb.

5. 1974–cü ilin 4 fevralında görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar Elm Xadimi, akademik Zahid Xəlilov vəfat edib (1911-1974). O, 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru adını alıb. Əsərləri dünyanın bir sıra ölkələrində nəşr olunub. SSRİ-də ilk “Funksional analiz” dərsliyini yazıb. Z.Xəlilov 1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub. 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib.

6. Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan SSR xalq artisti (1982), Türkmənistanın  xalq artisti (2017), Dağıstanın əməkdar incəsənət xadimi Polad Bülbüloğlu 4 yanvar 1945-ci ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO