İrandakı səfirliyimizdə törədilən terrorda yaralananların vəziyyəti AÇIQLANDI – RƏSMİ 

İrandakı səfirliyimizdə törədilən terrorda yaralananların vəziyyəti AÇIQLANDI – RƏSMİ 

Hazırda oxunan: İrandakı səfirliyimizdə törədilən terrorda yaralananların vəziyyəti AÇIQLANDI – RƏSMİ 

118293

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı yaralanan səfirlik əməkdaşlarının vəziyyətləri yaxşıdır. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktının qarşısını alan şəxslər təltif edildi - SƏRƏNCAM


O, terror aktının qarşısının alınmasında xəsarət almış Vasif Natiq oğlu Tağıyevin  və Mahir Kamil oğlu İmanovun xəstəxanadan evə buraxılacaqları barədə məlumatsız olduğunu qeyd edib. 

Xatırladaq ki, yaralanan şəxslər, şəhid Orxan Əsgərovun cənazəsi və səfirliyin təxliyə olunan əməkdaşları yanvarın 29-da  Bakıya təxliyə olunublar.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxsləri təltif edib. 

Vasif Tağıyev  1-ci dərəcəli “Rəşadət” ordeni, Mahir İmanov və Orxan Əsgərov (ölümündən sonra) isə “Vətən uğrunda” medalı ilə təltif olunublar. 

Alçina Amilqızı, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO