Vəfat edən şəxsin pensiya kapitalı kimə qalır? – DSMF aydınlıq GƏTİRDİ

Vəfat edən şəxsin pensiya kapitalı kimə qalır? – DSMF aydınlıq GƏTİRDİ

Hazırda oxunan: Vəfat edən şəxsin pensiya kapitalı kimə qalır? – DSMF aydınlıq GƏTİRDİ

118239

Pensiya yaşına catmadan dünyasını dəyişən şəxsin pensiya kapitalının necə xərclənəcəyi əhalini düşündürən suallardandır. Hətta, “pensiya yaşına kimi yaşayıb-yaşamayacağım məlum deyil”, deyib əmək müqaviləsi bağlamadan işləyənlər də çoxdur.       

Bəs, pensiya yaşına catmadan vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur?

Mövzu ilə bağlı Bizim.Media-nın sualını Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili cavablandırıb.

O bildirib ki, sıgortaolunan vəfat etdiyi, yaxud həlak olduğu halda ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində onun öhdəsində olan ailə üzvlərinə həmin vəsait ödənilir: 

“Pensiya yaşına kimi dünyasını dəyişən şəxsin pensiya kapitalından onun 18 yaşınadək (əyani təhsil alan 23 yaşınadək) övladlarına, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, pensiya yaşına çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə  əlilliyi müəyyən edilmiş ata və anasına, ərinə və ya arvadına, 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən şəxslərə (valideynlərindən biri, əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir.

Göründüyü kimi, şəxsin topladığı pensiya kapitalı o, dünyasını dəyişdiyi halda ailə üzvlərinin sosial təminatı üçün istifadə olunur”.
Qurum rəsmisi onu da əlavə edib ki, pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar qeyd edilən bu pensiyalara da şamil olunur.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO