Şəhid övladları üçün

Şəhid övladları üçün "Şahdağ"da maraqlı tədbir - FOTO

Hazırda oxunan: Şəhid övladları üçün "Şahdağ"da maraqlı tədbir - FOTO

118230

1-2 fevral tarixlərində "Şahdağ” Turizm Mərkəzinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün “Mənim atam qəhrəmandır”,”Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir baş tutub. 

Bizim.Media xəbər verir ki, “Gənclər Günü” çərçivəsində keçirilən tədbirin məqsədi 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və  suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanlarımızı dərin hörmət və ehtiramla yad etmək, bizlərə əmanət olan övladlarını diqqət və qayğıdan kənar saxlamamaq, onlara xoş və maraqlı günlər bəxş etməkdir. 

2 gün davam edən tədbirdə Bakıdan və Qusar rayonundan 100-ə yaxın şəhid övladı və onların yaxınları üçün Kompleks ərazisinə ekskursiya təşkil edilib , ərazidəki kanat yollarından və atraksionlardan istifadə imkanı yaradılıb, həmçinin onlar üçün  müxtəlif əyləncələr, maraqlı oyunlar, musiqili konsert proqramları təşkil edilib,eləcə də xizək sürmə vərdişləri öyrədilib.
Tədbirdə xüsusi qonaq qismində Azərbaycanın şəhid generalı Polad Həşimovun anası Səmayə Həşimova və tanınmış müğənnilər də iştirak ediblər. 

Qeyd edək ki, bu "Şahdağ” Turizm Mərkəzinin  dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə baş tutan ”Mənim atam qəhrəmandır”,”Mənim oğlum qəhrəmandır”  layihəsi çərçivəsində ikinci tədbirdir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO