Yeni nazirdən baş direktor təyinatı

Yeni nazirdən baş direktor təyinatı

Hazırda oxunan: Yeni nazirdən baş direktor təyinatı

118216
Telefon Rabitəsi İstehsalat Birliyinin yeni Baş direktoru məlum olub.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Rövşən Babayev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Baş direktorunun səlahiyyətlərini icra edəcək.

Rövşən Babayevin artıq bir neçə gündür Baş direktor olaraq fəaliyyətə başladığı bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl “MTN işi”x9d ilə bağlı Birliyin Baş direktoru Beytulla Hüseynov vəzifəsindən azad edilərək həbs olunub.xa0

Ötən ilin sonlarında əvvəllər AzTelekomda çalışan Razi Tağıyev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni texniki direktor vəzifəsinə təyin edilib. Bu günə qədər bu qurumun Baş direktorunun səlahiyyətlərini Razi Tağıyev icra edirdi.

Qeyd edək ki, Rövşən Babayevin təyinatı ilə bağlı rəsmi açıqlama yayılmayıb və nazirliyin rəsmi internet resurslarında bu haqda məlumat verilməyib.

RYTN-nin tabeliyində ən böyük telekommunikasiya qurumlarından olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhəri ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə bütün növ telefon, genişzolaqlı internet, radiorabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətləri göstərir.

BTRİB-in strukturuna 7 Avtomat Telefon qovşağı, Bakı Kabel Qovşağı, Bakİnternet və AzEvroTel dövlət provayderləri və digər rabitə qurumları daxildir.(xəbərlər.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO