Müharibələr yalnız ölkələrin deyil, insanların taleyini dəyişir deyirlər... Müharibələrdən sonra bayramların ünvanı, təbriklərin ifadələri dəyişir.
Biz bu il möhtəşəm qələbə ilə başa vurduğumuz bir müharibə yaşadıq. Amma bu qələbə bizə asan başa gəlmədi.
Göydə uçuşan top-tüfəngin partlayış səsləri hər dəfə bir qadının ürəyini titrətdi, hər dəfə bir evin səadətini söndürdü. Bayramlarda gözü daşlara baxaraq təbrik gözləyən qadınların sayını artırdı.
Azərbaycanın gənc rejissorları "Sevgililər günü" münasibəti ilə müharibənin bu acı gerçəklərinin əks olunduğu videoçarx hazırlayıblar.
Həmin videoçarxı təqdim edirik.
Bizim.Media