Nazir insident baş vermiş Naxçıvan məktəbindən DANIŞDI - YENİLƏNİB

Nazir insident baş vermiş Naxçıvan məktəbindən DANIŞDI - YENİLƏNİB

Hazırda oxunan: Nazir insident baş vermiş Naxçıvan məktəbindən DANIŞDI - YENİLƏNİB

118175

Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə baş verən insidentdən sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib.

Bizim.Media xəbər verir ki,  təhsil naziri məktəbdə yaranan narazılıqla bağlı açıqlama verib:

"12 nömrəli tam orta məktəb Naxçıvan Muxtar Respublikasının ən öndə gedən məktəblərindən biridir və burada nüfuzlu müəllimlər çalışır.

Məktəbin nəticələri də uğurludur. Ötən tədris ilində məktəb 71 faizdən çox qəbul verib və məktəbi qızıl nişanla bitirən məzunlar olub. Bu da burada çalışan kollektivin əməyinin nəticəsidir. Sadəcə, direktorla məktəb kollektivi arasında anlaşılmazlıq olub. Dünən və bu gün burada xüsusi komissiya ilə iclas keçirdik və komissiyaya tərəfindən bir daha təhlillər aparıldı. İndi yekun protokollar hazırlanır və gün ərzində qərar veriləcək".

*** 10:01

Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbin müəllimlərinin etirazı davam edir.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarından müəllimlər məktəbin qarşısına toplaşıblar.

Onların heç biri dərsə girməyib.

Müəllimlər yeni təyin olunan direktor Turan Məmmədli məktəbdən getməyincə dərs keçməyəcəklərini deyirlər.

Hadisə yerinə Naxçıvan MR-in təhsil naziri Rəhman Məmmədov gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO