49 marşrut xəttində GECİKMƏ 

49 marşrut xəttində GECİKMƏ 

Hazırda oxunan: 49 marşrut xəttində GECİKMƏ 

118161

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 49 müntəzəm marşrut xətti üzrə 132 avtobusun hərəkət intervalında gecikmələr var.

Bizim.Media xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 16-18 dəqiqə gecikmə müşahidə olunur.

2. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 6-8 dəqiqədir.

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-10 dəqiqə gecikmə müşahidə olunur.

4. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.

5. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.

6. Zabrat şosesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur.

7. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.

8. Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağırov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə müşahidə olunur.

9. Badamdar şosesi, Mikayıl Müşviq küçəsi, Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur.

10. Mikayıl Useyinov prospekti Azneft meydanı istiqamətində 5, 6, 53, 88, 125, 127, 205 və E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

11. Afiyəddin Cəlilov – Yusif Səfərov küçələrinin kəsişməsindən keçən 1, 2, 4, 10, 30, 32, 46, 49, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO