Bakı Tikiş Evi yaxın günlərdə şəhərin müxtəlif yerlərində məktəbli formalarının satılacağı 4-5 mağaza açacaq.
Bu barədə Bizim.Media-ya Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov məlumat verib.
Onun sözlərinə görə, pandemiyadan əvvəl şəhərin 10-a yaxın ünvanında mağazaları fəaliyyət göstərsə də, pandemiya ilə əlaqədar bağlanmışdı.
Hazırda məktəbli formaları yalnız Tikiş Evinin özündə satılır.
E.Əzimov onu da bildirib ki, məktəbli formalarının defisiti məsələsi aradan qaldırılıb:
“Dərs ilinin əvvəlində formalarla bağlı ajiotaj yaransa da, indi kifayət qədər ehtiyat forma hazırlanıb. Ötən il formaların tikilməsi ilə bağlı bizə gec müraciət olunmuşdu. Amma gələn il üçün indidən hazırlıqlara başlamışıq və paltarları hazırlayıb anbara yığırıq. Builki dərs ili üçün 40 ölçüyə qədər paltar tikilirdi. Amma artıq bütün ölçülərdə formalar tikiləcək”.
Şöbə rəisi bildirib ki, paltarların hazırlanması üçün parçalar Türkiyə və Belarusiyadan sifariş olunur.
Qiymətlərə gəlincə, hazırda formanın köynəyi 14 manat, ətək, şalvar və jaketlər isə 25 manata satılır:
“Bu dərs ilinin əvvəlində çatdırmadığımız üçün Türkiyədən gətirilən jaketlər 30 manata satılırdı, amma artıq özümüzdə istehsal olunur və qiyməti 25 manatdır”.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 02.02.2023
Məktəbli forması defisiti aradan qaldırıldı – 5 YENİ MAĞAZA açılacaq - ÖZƏL
Hazırda oxunan: Məktəbli forması defisiti aradan qaldırıldı – 5 YENİ MAĞAZA açılacaq - ÖZƏL
Hazırda oxunan: Məktəbli forması defisiti aradan qaldırıldı – 5 YENİ MAĞAZA açılacaq - ÖZƏL
118073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.