Qubada gənclər günü qeyd edildi - FOTO

Qubada gənclər günü qeyd edildi - FOTO

Hazırda oxunan: Qubada gənclər günü qeyd edildi - FOTO

118069

"Quba gəncləri hər il olduğu kimi, ötən ildə də rayonumuzu respublika və beynəlxalq miqyaslı müxtəlif yarış, müsabiqə və yarışlarda layiqincə təmsil ediblər. 2022-ci il ərzində qubalı idmançılar bir sıra müxtəlif səviyyəli yarışlarda  iştirak edib, 114 qızıl, 68 gümüş və 79 bürünc olmaqla, ümumilikdə 261 medal qazanıb. Bu nəticə nəinki gənclərimizin,ümumilikdə rayonumuzun uğuru deməkdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Quba IH başçısı Ziyəddin Əliyev bu gün 2 fevral gənclər gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, əsası 1996-cı il fevral ayının 2-də ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər gününün yaranması çox mühüm hadisədir.

Həmin gün Heydər Əliyevin Azərbaycan gənclərinin Forumunu keçirərək Azərbaycan gəncliyinə etibarını və etimadını nümayiş etdirib. 1997-ci ildən Azərbaycanda 2 fevral tarixində gənclər günü kimi qeyd edildiyini söyləyən Quba İh başçısı bu il bu günün xüsusi əlamətdar günə təsadüf etdiyini deyib.
Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ili Heydər Əliyev ili elan edib və bu münasibətlə Qubada da ulu öndərin 100 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verilib.

Tədbirdə bütün çıxışlarda Heydər Əliyevin gənclərə verdiyi böyük dəyərdən danışılıb. Vətən Müharibəsi şəhidi Rəvan Əliyevin bacısı Ləman Əliyeva, Vətən Müharibəsi qazisi Fərid Əmiyev, rayonun fəal gənci Səma Asəfova çıxışlarında dövlət səviyyəsində gənclərə böyük diqqət yetirildiyini deyərək H.Əliyevin xatirəsini hörmətlə anıblar.

Qeyd edək ki, "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda keçirilən tədbir Quba icra hakimiyyətinin, YAP-ın rayon təşkilatının, Quba rayon gənclər və idman idarəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidmətinin Quba rayon şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Toplantıda rayon rəhbərliyi, DTX-nin rayon şöbəsinin rəisi, YAP-ın rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirin sonunda rayonun fəal gəncləri mükafatlandırılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO