""Qanlı göl"ün ətrafındakı şamlıqda park salınacaq. Ərazidə boş olan yerlər də təqdim olunacaq, şirkətlər tərəfindən yaşayış binaları tikiləcək".
Bizim.Media xəbər verir ki, bunu "Qanlı göl" ərazisi üzrə təqdim olunan layihələrə dair ictimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib:
"Bizim yanaşmamıza görə, seçilmiş ərazidə yaşıllıq varsa, o, landşaft olaraq saxlanılmalıdır. Bu gün yaşıllıq və su mənbələri ilə bağlı həyəcan təbili çalınır. Bəzən bizə gətirilən nümunələrdə yaşıllıqlar gizlədilir. Az əmək və xərc sərf etməklə bir iş ortaya qoyurlar. Bu, qəbuledilməzdir.
Ona görə hədəfimiz əsas məqsədə nail olmaqdır. Bu baxımdan ümid edirik ki, "Qanlı göl" ərazisi üzrə keçiriləcək layihə də başqa layihələr üçün nümunə olacaq".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:46 / 02.02.2023
"Qanlı göl"ün ətrafında PARK SALINACAQ
Hazırda oxunan: "Qanlı göl"ün ətrafında PARK SALINACAQ
Hazırda oxunan: "Qanlı göl"ün ətrafında PARK SALINACAQ
118008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.