Ötən ay necə nəfər zəhərlənib? – STATİSTİKA

Ötən ay necə nəfər zəhərlənib? – STATİSTİKA

Hazırda oxunan: Ötən ay necə nəfər zəhərlənib? – STATİSTİKA

118006

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 1161 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, onlardan 128-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 59-u dərmandan, 20-si sirkə turşusundan, 18-i dəm qazından, 11-i alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 11-i allergik reaksiya, 5-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin 54-ü qadın, 48-i kişi, 26-sı isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər metil spirtindən, 1 nəfər isə dəm qazından dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 3-ü kişi, 1-i qadındır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO