Qarabağda daha 218 mina aşkar edildi

Qarabağda daha 218 mina aşkar edildi

Hazırda oxunan: Qarabağda daha 218 mina aşkar edildi

117976

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

Bizim.Media ANAMA-ya istinadən xəbər verir ki, yanvarın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə 157 mina və 523 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ay ərzində 1504,56 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO