Bu gün Azərbaycanda televiziyanın yaranmasından 65 il ötür

Bu gün Azərbaycanda televiziyanın yaranmasından 65 il ötür

Hazırda oxunan: Bu gün Azərbaycanda televiziyanın yaranmasından 65 il ötür

11795

Bizim.Media xəbər verir ki, ölkəmizdə televiziya 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakı televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə start verilib və telemərkəzin binasının açılışı 1955-ci ilin sonunda baş tutub. 

1956-cı ilin fevralına qədər "Bakı studiyası"nın ara-sıra sınaq verilişləri yayımlanıb. İlk veriliş günü ekranda Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayıb.

Bununla yanaşı, həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib. "Bakı studiyası" əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb.

İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından orada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət ediliblər.

1971-ci il noyabrın 7-dən Azərbaycan televiziyası rəngli yayıma başlayıb. 2003-cü ilin sonlarından milli televiziyamız yeganə elektron informasiya vasitəsi idi ki, dünya efirinə 24 saat yayımla çıxıb.

Hazırda Azərbaycan televiziyasının proqramları bütün dünyaya yayımlanır. Azərbaycan televiziyasına Avropada, Şimali Amerikada, bütün Asiya ölkələrində də baxmaq mümkündür. 

Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur.

310 metr hündürlüyü olan və nadir konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.

Qeyd edək ki, Azərbaycanın ana televiziyasının ilk diktorlarıdan Gültəkin Cabbarlı, Tamara Gözəlova, Nailə Mehcibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva və Nizami Məmmədov idi.  

Sonradan televiziyada Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlim, Rafiq Həşimov kimi istedadlı diktorlar nəsli meydana gəldi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO