“Bələdiyyələrin şəhid ailələrinə torpaq ayırmağa imkanı çatmır” – Siyavuş Novruzov 

“Bələdiyyələrin şəhid ailələrinə torpaq ayırmağa imkanı çatmır” – Siyavuş Novruzov 

Hazırda oxunan: “Bələdiyyələrin şəhid ailələrinə torpaq ayırmağa imkanı çatmır” – Siyavuş Novruzov 

117878

“Bu günə qədər bələdiyyələrə məxsus torpaqların, örüş yerləri və digər təyinatlı sahələrin xəritələri hələ də verilməyib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.

“Xüsusilə də, Vətən müharibəsindən sonra qazilər, şəhid alilələri bələdiyyələrə üz tuturlar. Lakin bələdiyyələrin imkanı çatmır ki, həmin şəxsləri ev tikintisi üçün torpaq sahələri ilə təmin etsinlər.
Digər tərəfdən yüz minlərlə qanunsuz tikili bələdiyyə ərazisində tikilib. Lakin bələdiyyənin səlahiyyəti yoxdur ki, onlardan vergi toplasın, yaxud da məhkəməyə müraciət etsin.

Ona görə də ilk növbədə bələdiyyəyə məxsus torpaqların xəritəsinin verilməsi və torpaq mülkiyyətçisinin dəqiqləşdirilməsi lazımdır”, - deyə komitə sədri əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO