Milyonlar hesabına tikilən piyada keçidindən ŞİKAYƏT – “Yalnız fotosessiyaya yarayır” - VİDEO

Milyonlar hesabına tikilən piyada keçidindən ŞİKAYƏT – “Yalnız fotosessiyaya yarayır” - VİDEO

Hazırda oxunan: Milyonlar hesabına tikilən piyada keçidindən ŞİKAYƏT – “Yalnız fotosessiyaya yarayır” - VİDEO

117773

İki il əvvəl piyadaların istifadəsinə verilən Xətai rayonunun Neapol küçəsindəki yerüstü piyada keçidi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. 30 metrlik yol üçün külli miqdarda vəsait hesabına başa gələn yerüstü körpü piyadalar üçün əsl işgəncəyə çevrilib.

Müasir görünüşü ilə fərqlənən və fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün inşa edilən keçidin liftləri işləmir.

Bu barədə Bizim.Media-ya müraciət edən vətəndaşların bildirdiyinə görə yol ötürücüdən əvvəl piyadalar üçün "zebra" var idi.

Hansı ki, 1 dəqiqəyə yolun o biri tərəfinə keçmək olurdu. Yerüstü körpünün pilləkənlərini qalxıb, paralel yola keçmək üçün isə 15 dəqiqə vaxt lazımdır. Lift isə fasilələrlə, bəzən günlərlə işləmir və ya növbə gözləməli olursan.
Narazı sakinlərin sözlərinə görə sözügedən keçid piyadaların rahat və təhlükəsizliyi üçün düşünülməyib. Elə olsaydı, çoxpilləli pilləkənlərlə yanaşı alternativ variant kimi eskalator da inşa edilərdi. Ən azından lift işləməyən zamanlarda fiziki əngəlli şəxslər, yaşlı insanlar və ya pilləkənləri qalxmaqda əziyyət çəkənlər eskalatordan istifadə edərdi.

Reallıq isə odur ki, hazırda bəhs etdiyimiz yerüstü keçid yalnız fotosessiya üçün yarayır. Gənclər o keçidə foto çəkdirmək üçün qalxır. Yaşlı, fiziki əngəlli və azyaşlılar üçün isə bu keçid əsl işgəncə məkanıdır.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən məsələyə cavabdeh olmadıqları bildirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə hələki cavab ala bilmədik.

Qeyd edək ki, Xətai rayonu, Neapol küçəsində yerüstü piyada keçidinin uzunluğu 76 m, eni – 3.6 m, yol səviyyəsindən hündürlüyü isə 9.4 m-dir.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media
 











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO