Koronavirusla bağlı məhdudiyyətlərin tətbiq olunması hər kəsin həyatında öz təsirini göstərir.
Panika, hüzursuzluq, ümidsizlik, hər şeyin kontroldan çıxdığını düşünmək, diqqət dağınıqlığı, yuxusuzluq, heç nədən zövq almamaq kimi problemlərin yaşandığı bu günlərdə psixologiyamızı sağlam tutmaq üçün psixoloq məsləhətlərinə ehtiyac duyulur.
Psixoloqların bildirdiyinə görə, evdə qalmaqla da yuxu və qidalanma rejimini qorumaq mümkündür.
Kifayət qədər yatmağın həm fiziki, həm də psixoloji sağlamlıq üçün böyük əhəmiyyəti var.
Bizim.Media psixoloqların məsləhətlərini diqqətinizə çatdırır:
Bildirilir ki, əhvalınıza xoş təsir edəcək fəaliyyətlərlə məşğul olmaq sizin rahatlamağınıza kömək edəcək. Kitab oxumaq, film izləmək, yeni yemək reseptləri sınamaq və ya bitki yetişdirmək kimi xoşladığınız fəaliyyətlərə vaxt ayırmaq gününüzü rəngləndirə bilər.
Gündəlik həyatınızda yeni fəaliyyətlər planlaşdırmaq da stresi azaldır. İncəsənət və ya idman kimi fiziki fəaliyyət tələb edən bir çox fərqli metod təsirli mübarizə üsullarıdır.
Gün ərzində fərqli mənbələrdən gələn xəbərləri izləyərək narahatlıq səviyyəsini artıran məlumatlar sizin psixoloji sağlamlığınıza yaxşı təsir etmir. Buna görə xəbərləri dinləmək üçün müəyyən bir müddət təyin edin.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:45 / 14.02.2021
Karantində psixologiyanızı sağlam tutmaq üçün məsləhətlər
Hazırda oxunan: Karantində psixologiyanızı sağlam tutmaq üçün məsləhətlər
Hazırda oxunan: Karantində psixologiyanızı sağlam tutmaq üçün məsləhətlər
11774
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.