2 fevral - Azərbaycan Gəncləri günü münasibətilə İçərişəhərdə "Gənclər yarmarkası” keçiriləcək.
Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, fevralın 1-də Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Qoşa qala meydanında gerçəkləşəcək tədbir saat 10:00-da başlayacaq və 17:00-dək davam edəcək.
Yarmarka Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fonunun təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən “Gənclər evi” sosial xidmət müəssisələri tərəfindən həyata keçirilən müxtəlif fəaliyyətlərin ictimaiyyətə yaxından tanıdılması, habelə yaradıcı və fiziki məhdudiyyətli gənclərin iştirakı ilə onların hazırladıqları əl işlərinin sərgi-satışı, bir sözlə, inkulizivliyin təmin edilməsi məqsədilə keçirilir.
Eyni zamanda yarmarkada bir-birindən maraqlı və müxtəlif məzmunlu yarışlar olacaq. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
Yarmarkada Gənclərinin evlərinin istedadlı gənclərinin iştirakı ilə maraqlı musiqi nömrələri təqdim ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:16 / 31.01.2023
İçərişəhərdə "Gənclər yarmarkası" keçiriləcək
Hazırda oxunan: İçərişəhərdə "Gənclər yarmarkası" keçiriləcək
Hazırda oxunan: İçərişəhərdə "Gənclər yarmarkası" keçiriləcək
117714
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.