Himayədar ailə olmaq istəyənlərin DİQQƏTİNƏ – Bunun üçün yeni MÜRACİƏT FORMASI hazırlanıb

Himayədar ailə olmaq istəyənlərin DİQQƏTİNƏ – Bunun üçün yeni MÜRACİƏT FORMASI hazırlanıb

Hazırda oxunan: Himayədar ailə olmaq istəyənlərin DİQQƏTİNƏ – Bunun üçün yeni MÜRACİƏT FORMASI hazırlanıb

117654

“Ölkəmizdə "Himayədar ailə" qayğı modelinin tətbiqi ilə bağlı hazırlıq işləri, həmçinin müvafiq normativ-hüquqi bazanın hazırlanması işləri artıq yekunlaşmaq üzrədir”.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olan və dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına şərait yaradan “Himayədar ailə” qayğı modelinin ölkəmizdə də tətbiqi nəzərdə tutulur.
“Bu sahədə qabaqcıl dünya ölkələrinin, xüsusilə Türkiyə Respublikasının təcrübəsi öyrənilib, habelə bu sahədə fəaliyyət göstərəcək əməkdaşlar üçün yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlər təşkil olunub”. 

Qeyd olunub ki, "Himayədar ailə" qayğı modelinin tətbiqi, bu sahədə uçotun aparılması, xidmətlər də elektron informasiya sistemi üzərindən həyata keçiriləcək və həmin e-infrastrukturun formalaşdırılması işləri də artıq başa çatmaq üzrədir:

“Himayədar ailə mexanizmi bütün hallarda uşağın mənafeləri nəzərə alınmaqla həyata keçiriləcək”.

Qeyd edək ki, himayədar ailə - ilk olaraq uşağın öz ailəsində qalması üçün sosial dəstəyin göstərilməsi, bu alınmayanda himayədar ailə mexanizminin işə düşməsi, bu da nəticə vermədikdə övladlığa verilməsi üçün tətbiq olunan bir mexanizmdir.
Məlumat üçün bildirək ki, himayədar ailə modeli övladlığa götürmədən fərqlənir. Prosedur müəyyən qədər eyni olsa da, himayədar ailədə uşaqların saxlanılması üçün xərclər qarşılanır.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO