Azərbaycanda ən “uzunömürlü” məmurlar kimlərdir? – ARAŞDIRMA

Azərbaycanda ən “uzunömürlü” məmurlar kimlərdir? – ARAŞDIRMA

Hazırda oxunan: Azərbaycanda ən “uzunömürlü” məmurlar kimlərdir? – ARAŞDIRMA

117596

Cəmiyyətimizdə populyar insanların həyatı və fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Məmurlarla bağlı məlumatlarsa bir qayda olaraq geniş maraq kəsb edib.

Bizim.Media bu marağı nəzərə alıb ən çox vəzifə başında qalan məmurların siyahısını hazırlayıb.

Siyahını təqdim edirik:

1. Baş nazirin 1-ci müavini, 78 yaşlı Yaqub Eyyubov 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.

2. Ədliyyə naziri Fikrət Məmmədov 2000-ci ilin aprel ayından ədliyyə orqanlarına rəhbərlik edir. Bu il Fikrət müəllimin eyni vəzifə tutmasının 23-cü ili tamam olur.

3. Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə 30 ilə yaxındır ki, vəzifə başındadır. O bir zamanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr əvəzi, sonra sədri olub. Sonradan adı dəyişdiriliən quruma  Məleykə Abbaszadə yenidən rəhbər təyin edilib.

4. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 23 ildir vəzifə başındadır. O 2000-ci ilin may ayından seçkiləri həyata keçirən quruma rəhbərlik edir. 72 yaşlı Məzahir müəllim artıq 23 ildir eyni postda çalışır.

5. Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov. O 1995-2006-cı illərdə bu vəzifədə çalışıb. 2007-2008-ci illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olub. 2008-ci ildə yenidən  Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə qaytarılıb. Sonradan qurumun adı dəyişdirilərək Əqli Mülkiyyət Agentliyi olub. 

6. Azərbaycanın ən stajlı məmuru Eyvaz Hüseynovdur. O, 1992-ci il iyulun 2-də Xocavənd rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Eyvaz Hüseynov ölkədə 31 ildir, eyni vəzifəni tutan yeganə məmurdur. 

7. Qobustan rayonu İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da 29 ildir "icra başçısı" titulunu daşıyır. Lakin o, Eyvaz Hüseynovdan fərqli bu müddət ərzində bir neçə rayona rəhbərlik edib. Adil Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonlarının icra başçısı olub. 26 aprel 2011-ci ildə isə Qobustan rayonunun icra başçısı vəzifəsinə təyin edilib. 

8. Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 1995-ci ildən vəzifə başındadır. O, 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə isə Şabran rayonlarının icra başçısı olub. 5 aprel 2019-cu ildən Siyəzənə rəhbərlik edir. 

9. Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov da ən stajlı məmurlardandır. O, 27 ildir ki, icra başçısı vəzifəsini daşıyır. Taleh Qaraşov 1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə isə Astara rayonuna rəhbərlik edib. 2012-ci ildən Lənkəranın icra başçısıdır. 

10. Ən stajlı icra başçılarından biri Eldar Əzizovdur. O, 2000-2003-cü illərdə Nizami, 2003-2011-ci illərdə Gəncə, 2011-2015-ci illərdə Sumqayıt, 2015-2018-ci illərdə isə Səbail rayon İcra Hakimiyyətinin başçısı olub. 15 noyabr 2018-ci il tarixdən Bakıya rəhbərlik edir. 

11. Qubadlı rayonu İcra Hakimiyyətinin başçısı Malik İsaqov 22 ildir adıçəkilən rayona rəhbərlik edir. O, 2001-ci ildə Qubadlının icra başçısı vəzifəsinə təyinat alıb. 

12. Hazırda Abşeron rayonuna rəhbərlik edən Abdin Fərzəliyev icra başçısı kimi karyerasına 2003-cü ildən başlayıb. O, 2003-2005-ci illərdə Nizami, 2005-2022-ci illərdə Nərimanov, 2022-ci ildən isə Abşeron rayonuna rəhbərlik edir. Fərzəliyev

13. Vidadi İsayev də "uzunömürlü” icra başçılarındadır. O, 18 ildir ki, icra başçısıdır. Bu müddət ərzində 2 rayona - Tərtər (2005-2011) və Bərdəyə (2011-ci ildən indiyə qədər) rəhbərlik edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO