Sumqayıtda qanunsuz tikintinin qarşısı ikinci dəfə alındı – FOTO/VİDEO

Sumqayıtda qanunsuz tikintinin qarşısı ikinci dəfə alındı – FOTO/VİDEO

Hazırda oxunan: Sumqayıtda qanunsuz tikintinin qarşısı ikinci dəfə alındı – FOTO/VİDEO

117578

Sumqayıtda qanunsuz tikintinin qarşısı ikinci dəfə alınıb, obyekt yenidən sökülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti bir müddət əvvəl Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində müvafiq icazəverici sənədləri olmadığına, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulduğuna görə tikintisi dayandırılmış obyektdə günün qaranlıq vaxtından və qeyri-iş günlərindən istifadə edərək yenidən tikinti işlərinin aparılması faktı aşkar edib.

Müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı yenidən alınıb və obyekt sökülüb.

Bizim.Media
 






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO