Novxanıda ustalar işlədikləri evdə öldülər

Novxanıda ustalar işlədikləri evdə öldülər

Hazırda oxunan: Novxanıda ustalar işlədikləri evdə öldülər

117557

Abşeron rayonu, Novxanı kəndində iki nəfər zəhərlənərək ölüb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Teymur Əliyev küçəsindəki tikilməkdə olan fərdi yaşayış evində usta işləyən 1960-cı il təvəllüdlü Yusibov Siyasət Mirzəağa oğlu, 1968-ci il təvəllüdlü Ağayev Zamin Rəfi oğlu və onlarla birlikdə həmin evdə yemək yemiş 1966-cı il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu ilkin ehtimala görə, dəm qazından və ya yedikləri qidalardan zəhərləniblər.

Nəticədə Kamil Alıyev hadisə yerində, Siyasət Yusibov isə xəstəxanaya aparılarkən yolda ölüb. Zamin Ağayev isə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO