AMEA Qarabağda tədqiqat işlərinə başladı

AMEA Qarabağda tədqiqat işlərinə başladı

Hazırda oxunan: AMEA Qarabağda tədqiqat işlərinə başladı

11753

""AzərEnerji" ASC ilə birlikdə Dağlıq Qarabağ və ətraf rayonların bərpa olunan enerji mənbələrinin qiymətləndirilməsi üzrə tədqiqat işlərinə başlanılıb".

Bizim.Media xəbər verir ki, bunu AMEA-nın Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının onlayn iclasında deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Şuşada yeni yarımstansiya tikilir - VİDEO


İclasda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin kompleks şəkildə bərpası üçün elmi tədqiqatların aparılması, o cümlədən əkin sahələrinin peyk verilənlərinə görə monitorinq sistemlərinin işlənilməsi, ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi, radiasiya fon durumunun tədqiqi, logistika layihələrinin modelləşdirilməsi, Elektron Qarabağ konsepsiyasının işlənilməsi və reallaşdırılması, eləcə də onlayn platformada Qarabağ ensiklopediyasının hazırlanması işlərinə elmi-metodoloji dəstəyin təmin edilməsi məsələləri və bu kimi digər mühüm vəzifələri qoyur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO