Bakıda sosial media mövzusunda mövcud vəziyyət müzakirə olundu

Bakıda sosial media mövzusunda mövcud vəziyyət müzakirə olundu

Hazırda oxunan: Bakıda sosial media mövzusunda mövcud vəziyyət müzakirə olundu

117521

Yanvarın 30-da “Yeni trendlər və gənclər” adı altında bloger və jurnalistlərin birinci forumu keçirilib. 

Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan forumda müxtəlif sahələr üzrə məşhur olan 100-dən çox bloger və jurnalist iştirak edib. 

Forum Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov forumun işinə uğurlar arzulayıb.
Tədbirdə müxtəlif istiqamətlər üzrə sosial media mövzusunda mövcud vəziyyət müzakirə edilib, təkliflər dinlənilib.

Maraqlı ideya və təkliflərlə çıxış edən blogerlər və jurnalistlər onları narahat edən məsələlər haqqında məlumat veriblər.

Forumda nazir müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO