Zərdabda vətən müharibəsi şəhidi haqqında filmin təqdimatı oldu - FOTO 

Zərdabda vətən müharibəsi şəhidi haqqında filmin təqdimatı oldu - FOTO 

Hazırda oxunan: Zərdabda vətən müharibəsi şəhidi haqqında filmin təqdimatı oldu - FOTO 

117504

Zərdabda 2-ci Qarabağ müharibəsinin şəhidi baş leytenant Ağaqardaş İlham oğlu Abbasovun xatirəsinə həsr olunmuş Günel Abbasovanın “Mənim mərd balam” adlı filmin təqdimatı baş tutub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, film Uğur Gənclər təşkilatının təşkilatçılığı ilə çəkilərək ərsəyə gəlib.

Tədbirdə Zərdab Rrayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin, təhsil, səhiyyə nümayəndələri eləcə də şəhid ailələri və qazilər iştirak ediblər. Əvvəlcə dövlət himni səslənib sonra torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər şəhid Ağaqardaş Abbasovun keçdiyi döyüş yolundan söhbət açaraq onun necə igid,cəsur və qəhrəman vətən oğlu olmasından danışdılar.

Tədbirdə məktəbli uşaqların ifasında müxtəlif şeir və kompazisiyalar nümayiş olunub. Daha sonra Uğur Gənclər təşkilatının şəhid Ağaqardaş Abbasov haqqında çəkib ərsəyə gətirdiyi və 49 dəqiqəlik “Mənim Mərd balam” filminin təqdimatı olub.

Qeyd edək ki, şəhid baş leytenant Ağaqardaş İlham oğlu Abbasov1992-ci ildə Zərdabın Hüseynxanlı kəndində anadan olub. O, Hüseynxanlı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan müəllimlər institutunda təhsil alıb. 2014-cü ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb və XTQ-nin sıralarında xidmət edərək baş leytenant rütbəsini alıb.

Ağaqardaş Abbasov eyni zamanda 2016-cı ildə aprel döyüşlərində də iştirak edib. 2020-ci ilin aprel ayından isə Beyləqanda dislokasiya olunmuş hərbi birliyin həmlə briqadasında baş leytenant rütbəsi ilə xidmətə başlayıb. Vətən müharibəsinin ilk günündən ön cəbhədə, döyüş meydanlarında olub və rəşadətlə vuruşub.

Əsasən cəbhənin Füzuli-Cəbrayıl istiqamətlərindəki ağır döyüşlərdə iştirak edib və misilsiz şücaət göstərib. Onun son döyüşü Füzuli rayonu istiqamətində olub və sentyabr ayının 28-də şiddətli döyüşlər zamanı şəhid olub.
Onun nəşi neytral zonada qaldığından yalnız 38 gündən sonra tapılaraq ailəsinə təhvil verilib və Zərdab rayon Hüseynxanlı kənd qəbiristanlığında torpağa tapşılıb.

Ölümündən sonra onun göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirib və ölkə başçısının sərəncamı ilə “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə”, ”İgidliyə görə” və “3-cü dərəcəli Rəşadət ordeni” ilə təltif olunub.

Allah rəhmət eləsin.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO