Gömrükdə yoxlamalar YENİDƏN BAŞLAYIR – Fevralın 15-dən YENİ ŞƏRTLƏR

Gömrükdə yoxlamalar YENİDƏN BAŞLAYIR – Fevralın 15-dən YENİ ŞƏRTLƏR

Hazırda oxunan: Gömrükdə yoxlamalar YENİDƏN BAŞLAYIR – Fevralın 15-dən YENİ ŞƏRTLƏR

117450

“Fevral ayının 15-dən, əgər xaricdən gətirdiyiniz cihazı gömrükdə bəyan edib, rüsumlarını ödəməsiniz (burada artıq IMEI kod bəyan olunmalıdır) həmin cihazı ölkə daxilində IMEI qeydiyyatını həyata keçirə bilməyəcəksiniz”.

Bizim.Media xəbər verir ki, bu sözləri texnobloqer Fərid Pərdəşünas açıqlamasında deyib.

O bildirib ki, fevralın 15-dən ölkəyə üzərinizdə gətirdiyiniz smartfonların IMEI kodu gömrükdə bəyan edilməli olacaq:

“Bununla da qaçaq yolla daha ucuz qiymətə satılan smartfonların bazarına ciddi zərbə dəyəcək. İndi real vəziyyət necədir, izah edim. Poçt göndərişləri limiti 300 dollardır. Lakin heç bir poçt daşıma şirkəti (yerli) smartfon gətirmir. Belə olan halda yalnız beynəlxalq daşıma şirkətləri bu prosesi həyata keçirə bilir. Bu halda isə onsuz da, gömrüyə məhsul bəyan edilirdi. Burada heç bir dəyişiklik olmaycaq.

Əsas məsələ məhsulu özünüz xaricdən alıb-gətirəndə başlayır. Qanuna görə hər bir şəxs 800 dollar dəyərində məhsulu özü ilə ölkəyə rüsumsuz gətirə bilər. Məsələn, siz 1000 dollara Amerikadan iPhone 14 alıb, ölkəyə gətirirsinizsə, bu zaman onun IMEI kodunu gömrükdə bəyan etməlisiniz”. 

Bloger həmçinin qeyd edib ki, sözügedən dəyişiklik fonunda münasib qiymətə smartfon satışını həyata keçirən mağazalara böyük zərərin dəyməsi qaçılmazdır:

“Və həmin məbləğdən 800 dollar azaldılacaq. Yerdə qalan 200 dollar üçün 36% rüsum ödəniləcək. Yəni rəsmiləşmə üçün 72 dollar ödəniləcək. Əlavə olaraq istifadə üçün IMEI qeydiyyat rüsumu da 1 ay müddətinə ödənilməli olacaq. Burada əsas zərbə müxtəlif yollarla ölkəyə smartfon idxal edib, daha ucuz qiymətə satan kiçik mağazalara dəyəcək. Düşünürəm ki, bu addım öz növbəsində smartfonların IMEI klonlama hallarını artıra bilər”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO