“Naxçıvanbank” 12 faizdən başlayan güzəştli kredit kampaniyasına start verdi - VİDEO

“Naxçıvanbank” 12 faizdən başlayan güzəştli kredit kampaniyasına start verdi - VİDEO

Hazırda oxunan: “Naxçıvanbank” 12 faizdən başlayan güzəştli kredit kampaniyasına start verdi - VİDEO

117445

“Naxçıvanbank” ən aşağı faizli yeni kredit kampaniyasına start verdi. Müştərilər 12 faizdən başlayan güzəştli kredit kampaniyasından faydalana bilərlər.

Bizim.Media "Nuhçıxan.az"a istinadən xəbər verir ki, Ölkənin yeganə regional bankı olan "Naxçıvanbank" regionda və paytaxt Bakı şəhərində müştərilərinə yüksək keyfiyyətli fərdi və korporativ bank xidməti göstərir.

Öncəliyini müştəri məmnuniyyəti təşkil edən “Naxçıvanbank” sərfəli kredit məhsulları ilə ölkəmizin bank sistemində öncüllər sırasındadır.

Bankın yeni “Start endirim” kampaniyası mikrokredit və istehlak krediti məhsulu üzrə ən aşağı faiz  - 12 faizdən başlayan güzəştli kredit şərtlərini əhatə edir.

Qeyd edək ki, müştərilər üçün “Start endirim” kreditini əldə etmək də çox sadədir. Belə ki, müştərilər krediti sığorta haqqı ödəmədən və zamin tələbi olmadan, növbəsiz, çevik rəsmiləşmə ilə qısa zamanda əldə edə biləcəklər.
Yeni kredit kampaniyasından Azərbaycan Respublikası ərazisində yaşayan və qeydiyyatda olan hər kəs faydalana bilər.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO