Orxan Əsgərov II Şəhidlər Xiyabanında DƏFN OLUNDU - VİDEO

Orxan Əsgərov II Şəhidlər Xiyabanında DƏFN OLUNDU - VİDEO

Hazırda oxunan: Orxan Əsgərov II Şəhidlər Xiyabanında DƏFN OLUNDU - VİDEO

117388

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunda şəhid olan Orxan Əsgərov  II Şəhidlər Xiyabanında dəfn olunub.

Bizim.Media xəbər verir ki, Azərbaycanın dövlət himninin sədaları altında Orxan Əsgərov torpağa tapşırılıb. 

Şəhidin xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılıb. Müdafiə naziri Zakir Həsənov, Müdafiə sənayesi naziri Mədət Quliyev, Daxili İşlər naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev II Şəhidlər Xiyabanında şəhid Orxan Əsgərovun dəfn mərasimində iştirak edirlər.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib. Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.

 

 









Alçina Amilqızı, Əfqan Pənahoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO