Azərbaycan şəhidi ilə vidalaşır - FOTOREPORTAJ

Azərbaycan şəhidi ilə vidalaşır - FOTOREPORTAJ

Hazırda oxunan: Azərbaycan şəhidi ilə vidalaşır - FOTOREPORTAJ

117364

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi keçirilir.

Paytaxt sakinləri şəhidin vaxtilə yaşadığı ünvana axın edərək ona ehtiramlarını bildirir, cənazəsi üzərinə tər güllər düzürlər.

Qeyd edək ki, Orxan Əsgərov II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid Orxan Əsgərov bu gün II Şəhidlər xiyabanında DƏFN OLUNACAQ - FOTO


Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin iki mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib. Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.

Bizim.Media vida mərasimindən fotoreportajı təqdim edir: 

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO