Şəhid Orxan Əsgərovun nəşi evinə gətirildi - FOTO/VİDEO

Şəhid Orxan Əsgərovun nəşi evinə gətirildi - FOTO/VİDEO

Hazırda oxunan: Şəhid Orxan Əsgərovun nəşi evinə gətirildi - FOTO/VİDEO

117356

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi yaşadığı evə gətirilib. Hazırda şəhidimizin ailəsi ilə vida mərasimi keçirilir. 

Bizim.Media xəbər verir ki şəhidin nəşi saat 12:00 da II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid Orxan Əsgərov bu gün II Şəhidlər xiyabanında DƏFN OLUNACAQ - FOTO


Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib. Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.

 

 












Səkinə Yusibli, Əfqan Pənahoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO